8 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Vergi Xidmətinin rəisi aksiz dərəcəsi artandan sonra siqaretin qiymətini açıqlayıb

“Vaxtilə bizdə aksiz dərəcəsi çox aşağı səviyyədə idi. Bunun ardıcıl olaraq qaldırılması planı vardı”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Xidmət rəisi bildirib ki, vaxtilə siqaret bazarında kölgə iqtisadiyyatının səviyyəsi kifayət qədər yüksək olub: “Bu gün son göstərici təxminən 2-3%-dir. Bütün ölkələrdə bu göstərici var. Amma əvvəlki dövrdə aksizin birdən-birə artırılması düzgün addım olmazdı. Bu sahə ilə məşğul olan sahibkarlar anlayır ki, proses davamlı olacaq. Bu gün bir qutu siqaretin orta qiyməti 2,40 manat təşkil edir. Aksizlərə tətbiq edilən artım qiyməti siqaretlərin də orta qiymətinə təsir edəcək. Bundan sonra siqaretin bir qurusunun orta qiyməti 2,60 manat təşkil edəcək. Bu sahədən əldə olunan gəlirlər dövlət səhiyyə sahəsinə ayrılır. Məsələ bu şəkildə tənzimlənir”.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X