22 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Vergidən azad olunan sahələrdə çalışan sahibkarlar bəyannamə təqdim etməlidirlər

Screen Shot 2021 09 02 at 14.34.20

Vergi Məcəlləsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi orqanına bəyannamə təqdim etmək vergiödəyicisinin vəzifəsidir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qanunvericiliyin tələbinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad olsa da, bu sahədə çalışan vergiödəyiciləri bəyannamə təqdim etməlidirlər.

Vergi Məcəlləsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergiödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmin maddəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər