Vergidən yayınan şəxslər öz ölkələrinin büdcələrinə əhəmiyyətli dərəcədə zərər yetirirlər.
Analitiklərin qiymətləndirməsinə əsaən, dünyada fiziki şəxslərin 18 trilyon dollardan çox vəsaiti offşor zonalara yatırılıb. Vergi optimallaşdırılması sxemlərindən istifadəyə görə illik zərərin həcmi 155 milyard dollardan çox təşkil edir. Bu səbəbdən də bir çox ölkə rəhbərləri vergidən yayınma hallarının qarşısını almaq məqsədilə xüsusi mexanizmlər yaradırlar.
Şou-biznes ulduzları və məşhur idman nümayəndələri dövlət xəzinəsindən gəlir gizlətməkdən çəkinmirlər. Aşağıda vergidn yayınan ən məşhur şəxsləri təqdim edirik:
Dieqo Maradona
İtaliyanın vergi xidməti 25 milyon dollar həcmində məbləği vergidən yayındırdığı üçün 11 il ərzində məşhur futbolçunu izləyirdi. 2009-cu ildə vergi polisi Maradonanın qiymətli sırğalarını borc qarşılığında müsadirə etmişdi. Bu İtaliya ərazisində Maradonanın müsadirə edilən yeganə əşyası deyil. 2012-ci ildə dövlətin ondan tələb etdiyi vergi 40 milyon dollara çatmışdı.
Luçano Pavarotti
İtaliya polisi iki dəfə – 1999 və 2001-ci illərdə Pavarottini vergidən yayınmaqda ittiham etmişdi. Pavarotti həbsdən qurtulmaq üçün 15 milyon dollar vergi və cərimə sanksiyaları ödəməli olmuşdu.
Nicolas Gage
Aktyor 2007-ci ildən ümumiyyətlə vergi ödəmədiyindən ABŞ hökumətinə 14 milyon dollar “borclu qalmışdı”. Hazırda məşhur aktyor borcunu qaytarmağa və itirilmiş nüfuzunu bərpa etməyə çalışır. O aprel ayında 6,25 milyon dollar ödəniş etdikdən sonra borc öhdəliyini azalda bilmişdi.
Robert de Niro
Bu aktyorun da Amerika vergi sisteminə ödəməli olduğu məbləğ 6,4 milyon dollar təşkil edirdi. Onu öz mənzilini həbs etməklə hədələsələr də, aktyor vergi barədə xəbərdarlığın onun uzun müddət yaşamadığı mənzilə göndərildiyini bildirmişdi.
Wesley Snayps
Wesley Snayps vergi ödəməkdən yayındığı üçün 3 illik həbs cəzasına layiq görülmüşdü. 1999-2004-cü illərdə aktyorun vergidən yayındırdığı məbləğin həcmi 2,7 milyon dollar təşkil edirdi. Çoxsaylı apellyasiya məhkəmələrinə baxmayaraq 2010-cu ilin dekabrında o barmaqlıqlar arxasına göndərilir. Cəzasını çəkən aktyor 2013-cü ilin aprel ayında azadlığa qovuşur.
Pamela Anderson
Pamela Andersonun ABŞ hökumətinə ödəməli olduğu borc 500 min dollardan çox idi. Bütün bunlar isə onun gəlir vergisini ödəməkdən imtina etməsi ilə bağlı idi.
Guus Hiddink
2007-ci ildə hollandiyalı futbol məşqçisi 1,4 milyon avro dəyərində məbləği vergidən yayındırmaqda təqsirli bilinirdi. 2002-2003-cü illərdə hollandiyalı vergiləri qonşu Belçikada ödəmək qərarına gəlir. Belə ki, Belçikada vergi 33, Hollandiyada isə 52% təşkil edir. Hollandiyada Den Bose şəhər məhkəməsi Hidddink-ı 6 aylıq həbs cəzasına və 45 min avro dəyərində cəriməyə layiq görmüşdü.
Lindsay Lohan
Amerika vergi sisteminin fikrincə qalmaqallı aktrisa 2009-cu ilin nəticələrinə əsasən gəlir vergisi ödəməmişdir. Nəticədə isə 93,7 min dollar həcmində borc yaranmışdır. Aktrisa yaranmış vergi yayınması halından xəbərsiz olduğunu demişdir. Hazırda Lohan-ın maliyyə məsləhətçiləri yaranmış problemi aradan qaldırmağa çalışır.
Sofi Loren
Əfsanəvi aktrisa daim istənilən üsulla vergidən yayınmağa çalışmışdır. 1982-ci ildə italyan məmurların səbr kasaları daşır və nəticədə Sofi Loren də bir çox vergidən yayınan şəxslər kimi barmaqlıq arxasına yollanır. O həbsxanada cəmi 18 gün keçirir və nümunəvi davranışına görə sərbəst buraxılır. Lakin məhkəmə prosesləri hələ uzun illər ərzində davam edir.
Mixael Şumaxer
Hazırda “Formula-1” yarışlarının 7 qat çempionu komadan sonra normal həyata qayıtmağa çalışır. Lakin zamanla o Britaniyanın HSBC Private Bank bankına vergi ödəməməklə bağlı məhkəməyə cəlb edilə bilər.