12 C
Baku
Sunday, November 17, 2024

Vergidən yayınan iş adamlarının əmlakı müsadirə olundu

Vergi borclarından yayınan şəxslərin əmlakı müsadirə olunub.

Bakı Vergilər Departamentinin Bəyannamələr və Vergi Borclarının Alınması İdarəsinin əməkdaşları tərəfindən Bakının Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 15 ünvanında yerləşən, “Database” MMC-yə məxsus “Şərq” restoranında əmlakın siyahıya alınması tədbirləri keçirilib.

Vergi orqanları tərəfindən vergiödəyicisinin fəaliyyəti araşdırılarkən onun 1600 manat vergi borcunun yarandığı müəyyən edilib. Borcun ödənilməsi barədə bildiriş göndərilsə də o, bu borcu vaxtında ödəməyib və buna görə də ictimai iaşə obyektində olan 1600 manat məbləğində müxtəlif növ məişət avadanlığı və mebel müvafiq qaydada siyahıya alınıb.

Bakının Səbayel rayonu, Nizami küçəsi, ev 96 ünvanında yerləşən, tam xarici investisiyalı “Barakalı” LTD” MMC-yə məxsus “Zirvə elektrik” mağazasında da oxşar tədbir keçirilib. Vergiödəyicisinin 11 min 666 manat vergi borcu müqabilində obyektdəki 12000 manat dəyərində müxtəlif növ elektrik mallarına əl qoyulub.

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2-ci paralel ünvanında yerləşən, fiziki şəxs Şahin Sərdara məxsus “Sürmene” restoranında vergiödəyicisinin 2652 manatlıq vergi borcunun ödənilməsi üçün 3000 manat dəyərində məişət avadanlığı siyahı ilə əlindən alınıb.

ANS TV

Son xəbərlər
Digər xəbərlər