9 C
Baku
Friday, March 1, 2024

Vergilər Nazirliyi büdcəyə 3 milyard manatdan çox vəsait ödədi

Proqnoz tapşırığına 100,8% əməl edilib.

2015-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olub.

Oxu.Az-a bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, bununla proqnoz tapşırığına 100,8% əməl edilib.

“Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4% təşkil edib” – deyə, Vergilər Nazirliyi qeyd edib.

Son xəbərlər
Digər xəbərlər