16 C
Baku
Thursday, March 28, 2024

Vergilər Nazirliyi və Əmək Müfəttişliyi monitorinqlər aparmalıdır

Minimum əmək haqqının qalxması Vergilər Nazirliyi və Əmək Müfəttişliyini monitorinq aparmasına sövq edir. Səbəb odur ki, minimum əmək haqqın 250 manata qalxması ilə, bəzi işəgötürənlər məsuliyyətdən yayınmaq üçün 1 ştatı 2 yerə bölüb və ya işçini yarım ştata keçirərək qanunvericiliydən sui istifadə edəcək. Bu məqamda bu iki qurum belə halların qarşısını kütləvi formada almaq üçün, daha çevik olmalıdılar.

Adətən bəzi sahibkarlar ənənələrinə uyğun olaraq vəziyyətdən çıxış yolunu, belə formada addım atmaqda görürlər. Bununla bağlı son bir neçə gündə, suallar da çoxalıb. Necə edə bilərəm ki, 1 ştat vahidi ilə 300 manat maaş alan işçini 0.5 çevirim? Bunu da guya, işçinin xahişi ilə edirlər. Amma düşünmürlər ki, işçinin 0.5 keçirmək üçün səbəb olmalıdır. İşəgötürənlər hədə-qorxu ilə, öz mülahizələri ilə bu addımı atmamalıdırlar.

Bəzən elə olur ki, işçiyə işəgötürən şərt qoyur, ya razılaş yada səni hər hansı bir vasitəi ilə işdən azad edəcəyik. İşçilər etiyac baxımdan bu yola məcburi şəkildə gedirlər. Buna görə də, bununla bağlı dövlət qurumları kütləvi şəkildə iş görməlidilər. Əks halda belə hallar daha çoxalacaq və nəticədə vətəndaşlar dövlət strukturlarından daha çox narazı qalacaqlar.


İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər