27 C
Baku
Friday, July 19, 2024

Vergilər Nazirliyi vətəndaşlara müraciət edib

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyyələrini nəzərə alaraq Vergilər Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı xidməti üzrə müəyyən qaydalar tətbiq edib və bunula bağlı vətəndaşlara müraciət edib. 

Hörmətli vətəndaşlar,

Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədləri poçt vasitəsilə (poçt indeksi AZ1029) Vergilər Nazirliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərməyiniz tövsiyə olunur. Sənədləri təqdim edərkən əlaqə nömrəsini qeyd etməyi unutmayın.

Sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq sənədləri skan olunmuş şəkildə müraciətinizə əlavə edərək [email protected]  elektron  ünvanına göndərə bilərsiniz. Müraciətdə mütləq qaydada aşağıdakı məlumatlar qeyd olunmalıdır:

  • Müraciət edən şəxsin adı, soyadı, atasının adı;
  • Müraciət edən şəxsin əlaqə məlumatları.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatını elektron qaydada həyata keçirə bilərsiniz.

Hüquqi şəxs qeydiyyata alındıqdan sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) vergi ödəyicisinin elektron kabinetinə göndəriləcəkdir.

Xarici investisiyalı qurumlara elektron sənəd mübadiləsindən istifadə etməyə imkan verən və kağız daşıyıcıda verilən şifrə və parolu Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən (Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105) almağınız xahiş olunur.

Əlaqə nömrəsi: (+99412) 403 88 84

Vergilər Nazirliyi bildirir ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədi ilə 17 mart 2020-ci il tarixdən etibarən xidmət mərkəzlərində qəbul yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcəkdir. 

Əvvəlcədən yazılmaq üçün əlaqə nömrələri:

  1. Bakı şəhərində:

(+99412) 403-81-62, (+99412) 403-82-79, (+99450) 322-23-37, (+99470) 706-46-40

  1. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsi:

(+99412) 403-83-19, (+99450) 215-47-86

  1. 2 saylı Ərazi Vergilər Baş İdarəsi: (+99455) 528-11-23
  2. 3 saylı Ərazi Vergilər İdarəsi: (023) 335-46-72, (+99470) 797-98-87
  3. 4 saylı Ərazi Vergilər İdarəsi: (+99450) 254-45-36
  4. 5 saylı Ərazi Vergilər İdarəsi: (021) 216-00-10, (+99470) 272-24-42
  5. 6 saylı Ərazi Vergilər Baş İdarəsi: (025) 254-64-48, (+99450) 633-26-53
  6. 8 saylı Ərazi Vergilər İdarəsi: (021) 225-35-22, (+99450) 330-77-55
  7. 9 saylı Ərazi Vergilər İdarəsi: (020) 274-60-14, (+99455) 916-06-90
  8. 10 saylı Ərazi Vergilər İdarəsi: (024) 205-05-68, (+99450) 366-03-44
  9. 11 saylı Ərazi Vergilər Baş İdarəsi: (022) 336-17-99, (+99450) 405-68-69
  10. 12 saylı Ərazi Vergilər Baş İdarəsi: (022) 266-44-50, (+99477) 607-30-08
  11. 13 saylı Ərazi Vergilər İdarəsi: (024) 225-27-99, (+99455) 669-56-61
  12. 14 saylı Ərazi Vergilər İdarəsi: (022) 305-30-19, (+99455) 689-77-22

Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmağınızı, xidmət mərkəzlərinə isə mümkün qədər az, yalnız zəruri hallarda müraciət etməyinizi xahiş edirik.

Son xəbərlər
Digər xəbərlər