Vergilər Nazirliyin iş prosesində diqqətdən qaçan məqamlar – şərh

Rauf Qarayev
  • 25
  •  
  •  
  •  

Vergilər Nazirliyi son dövr ərzində işə qəbul prosesində dönüş edib. Təsadüfi deyil ki, peşakar iqtisadçılar üçün bir başa müsahibə keçid üçün imkan yaradıb.

Bu alqışa layiq addımdır. 50 yaşına kimi müəyyən təcrübəyə malik olan şəxslər birbaşa müsahibədə iştirak etmək hüququ qazanır. Amma qəbul sistemində çatışmazlıq var. Vergilərin sisteminə yəni yüksək vəzifələrə Təhsil Nazirliyindən bir başa keçid. Bunun nə qədər effektli olması yəqin ki, gələcəkdə bilinəcək. Bundan əlavə, mən özüm bunun nə qədər qənaətbəxş olduğunu qeyd etmək üçün, ərizə verdim. Bəzi məqamlar üzə çıxdı. İşlədiyimə baxmayaraq bir nöqsanla üzləşdim.

Tibbi arayışın, məhkumluğun – olub olmaması barədə arayışın  və narkoloji dispanserdə qeydiyyat olub-olmaması barədə arayışın son 1 ayı əhatə etməsi barədə düzəliş edilməyi qeydinin gəlməyi məni təəccübləndirdi. Mən ərizədə qeyd edirəm ki, fılan yerdə və vəzifədə işləyirəm. Amma Vergilər Nazirliyinin İnsan Resursları şöbəsi deyir ki, arayışlar son bir ayı əhatə etməlidir. Neçə illərdi işləyən şəxsdən məhkumluq arayışın istənilməsi və son 1 ayı əhatə etsin qeydi nə dərəcədə düzdür? Bundan əlavə narkoloji dispenserdə qeydiyyata olub-olmaması barədə arayışın işləyən şəxsdən yəni son 1 ayın tələbi və ya ümumiyyətlə tələbi nə dərəcədə düzgündür. Tibbi arayışı yenə anlamaq olar. Bu sadəcə mənim təsəvvürümdə bir maneədir ki, ortalığa qoyulub. Bundan əlavə dil sertifikatı və digər sertifikat tələb olunmasa da, arzuolunan kimi ərizədə qeyd olunub. Digər bir tərəfə keçid alaq. Arayışlardan sonra, səni əgər misal üçün hansısa ərazi şöbəsinə yönəldillərsə, eyni sənədləri təkrar yığmağını tələb edillər.

Təsəvvür edin ki, bunu adi poliklinikada işləyənlərdə deyib, təbəssümlə qarşılıyıllar. Digər məqam əməkdaşlıq üçün, mən özüm 2 dəfə elektron məktubla Nazirliyə və nazirə müraciət etmişəm və 2 ay üstündən keçməyinə baxmayaraq, hələ də cavab gəlməyib. Halbu ki, bu əməkdaşlıq Vergilər Nazirliyinin xeyrinə olacaq idi.  Vətəndaşların müraciətləri haqqında qanunun 10 maddəsində qeyd olunur. Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Ümid edirəm ki, bu məsələlər öz həllini tapacaq. 

İqtisadçı-ekspert  Rauf  Qarayev

 


  • 25
  •  
  •  
  •