Vergilər nazirliyinin departamentlərindən birinin adında dəyişiklik olub

Vergilər Naziliyinin departamentlərinin birnin adında dəyişiklik olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamenti adındakı “əməkdaşlıq” sözü “vergitutma” ilə əvəzlənib.

Beləliklə, Beynəlxalq vergitutma və maliyyə institutlarında vergi monitorinqi departamenti adı altında fəaliyyət göstərəcək.

Xatırladaq ki, hazırda nazirlikdə 23 departament və 1 tədris mərkəzi fəaliyyət göstərir.