Vergilər Nazirliyinin işə götürərkən birbaşa müsahibəsi ilə bağlı narazılıq doğuran səbəb – [bloq]

0

Vergilər Nazirliyi peşakar kadırların vergi orqanlarına cəlb etmək üçün bu ildən birbaşa müsahibələrə start verilib. Amma birbaşa müsahibədə iştirak edənlərin yalın cuzi hissə işlə təmin olunub. Birbaşa müsahibənin müsahibəsi isə aprel ayının sonundan başlayıb. Nəticə isə bu günə kimi tam məlum deyil.

Bəzi məlumatlara görə, test imtahanında iştirak edənlərin işlə təmin edilməsindən sonra, yekun açıqlama olacağı bildirildi. İyun ayının 20-dən, test imtahanın müsahibəsindən uğur qazanan şəxslər, artıq iş başındadırlar. Bu gündə orqanda çalışırlar. Amma birbaşa müsahibə üçün yekun qərarı verilməyib. Yalnız müəəyyən adamlar telefon vasitəsilə çağrılıb və onlarla müqavilə bağlanıb. Yekun nəticənin keçən həftə (24 iyun – 30 iyun tarixinə kimi) açıqlanacağı qeyd edilmişdir. Bununla bağlı Vergilər Nazirliyinin saytında cədvəl yerləşdiriləcək idi. Çoxları bunu gözləsələr də, amma deyilən özünü doğrultmadı. Birbaşa müsahibə ilə bağlı, mənə çoxsaylı müraciətlər olunur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ekspert kimi bu gün Vergilər Nazirliyi ilə əlaqə saxladım. Nəticədə mənə deyildi ki, protokol tam hazır deyil, vakansiyalar olduqca iştirakçılar yerləşdiriləcək və sair. Nəticədə mən qeyd etdim ki, peşəkar kadırlar üçün belə addımın atılmağı çox yaxşıdır, amma işə başqa tərəfdən baxanda burada müəmmalar çoxdur. Birincə müxtəlif səpkili məlumatların verilməsi nə ilə bağlıdır? Belə məlumatların düzgün olmaması, müəyyən sualların ortaya çıxmasına gətirib çıxarır. Vergilər Nazirliyinin işi ilə bağlı, çoxlu maarifləndirici işlər görsəm də, onların işlərində müsbət halları dəyərləndirsəm də, bu halda işin belə gedişatını mən onlardan gözləmirdim.

Vaxtın uzanmağına baxaq. İştirakçıya hər dəfə müxtəlif məlumatlar verilir və vaxt uzanır. Hesab etsək ki, iştirakçı peşakar kadırdır, ona gələn digər orqanlardakı təklifi qəbul edərək VN üz döndərəcək. Nəticədə belə hallar çoxalacaq. VN birbaşa müsahibəsində yaxşılar siyahısına salınan şəxsi VN itirəcək. Nəticədə Vergilər Nazirliyinin növbəti dəfə elan edəcəyi birbaşa müsahibəyə peşakar kadırlar gəlməyəcək. Çünki iştirak edənlərdən, bu prosesi öyrənəndən sonra, müsahibədə iştirak etməyin yersiz olduğunu düşünəcəklər.

2-ci məsələ VN konkret bununla bağlı mətbuata açıqlama verəməməsi ilə bağlıdır.

3-cü – yaxşı olardı ki, bir iş bitib və nəticələr açıqlanıb növbəti proseslərə keçid olsun. Yoxsa 1 və 2 nəfərə zəng edib, digərlərinin gözləmə saxlamaq, bu heç də orqan üçün yaxşı hal deyil. 4-cü obyektivliyin qorunması. 5-ci hissə bəzi şəxslər müsahibədə iştirak etdikdən sonra, təkrar daxili müsahibəyə çağrılır.

Bu nə əsasla edilir, yəqin ki, VN KİV-ə açıqlama verdikdə bunu qeyd edəcək. Ümid edirəm ki, yaxın müddətdə Vergilər Nazirliyi bu məqamları aradan qaldıracaq.

Müəllif:
Rauf Qarayev
İqtisadçı-ekspert