Vergilər və Gömrük üçün plan 857 milyon manat artırılır

0

2020-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar proqnozu 7 milyard 875 milyon manat nəzərdə tutulur.

 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatına istinadən xəbər verilir ki, bu, cari ilin proqnozundan 559 milyon manat çoxdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur, bu da 2019-cu ilin proqnzundan 298 milyon manat çoxdur.

Beləliklə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar proqnozu 857 milyon manat artırılır.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat proqnozlaşdırılır, bu da 2019-cu ilin büdcə proqnozu ilə müqayisədə 966,5 milyon manat çoxdur.