18 C
Baku
Thursday, April 18, 2024

Vergilər “Binə” və “Sədərək” məsələsini həll edib- Sahibkarların vergidən yayınma dövrü bitdi

Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər – “Binə” və “Sədərək”in vergidən yayınmasının qarşısı demək olar ki, alınıb.

Banker.az fed.az-a istinadən xəbər verir ki, Vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.

Bu o deməkdir ki, “Sədərək” və “Binə”də çalışan sahibkarların vergidən yayınma dövrü bitib.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib.

 
Son xəbərlər
Digər xəbərlər