Vergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin, o cümlədən vergi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin iqtisadi və xarici ticarət əlaqələrini əhatə edən bir sıra mövzular müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.