9 C
Baku
Friday, December 13, 2024

Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edib

Avqustun 27-də vergilər naziri Mikayıl Cabbarov Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayon sakinləri iştirak edib.

Bu barədə Nazirliyin Media və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işə bərpa, vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

 

Son xəbərlər
Digər xəbərlər