9 C
Baku
Thursday, December 12, 2024

Vergilər nazirinin müavininin vəzifədən göndəriləcəyi gözlənilir

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Namiq Əliyevin istefa xəbəri yayılıb.  Yayılan xəbərlərdə onun işdən çıxmaq haqda ərizə yazdığı və yeni vergilər naziri Mikayıl Cabbarova təqdim edtiyi bildirilir.

Ancaq nazir müavini vəzifəsinə təyinat və işdən azadetmə ölkə başçısının sərəncamı ilə həyata keçirildiyindən Namiq Əliyev hələ ki gözləyir.

Banker.az-ı Telegram-dan izlə!

Banker.az bildirir ki, bu barədə hökumətdəki mənbə Modern.az-a məlumat verib. Məlumata görə, nazir müavinin Vergilər Nazirliyində aparılan kadr islahatları zamanı vəzifədən göndəriləcəyi istisna olunmur. Yəni onun işdən kənarlaşdırılması tezliklə rəsmiləşəcək.

Namiq Əliyev 1960-cı ildə Gəncə şəhərində anadan olub

1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakultəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.

1991-2004-cü illər ərzində Respublika Prokurorluğunda  Baş prokurorun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, Milli Təhlükəsizlik, Gömrük, Vergi və Sərhəd Qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışıb.

Son xəbərlər
Digər xəbərlər