1 C
Baku
Saturday, December 14, 2024

Vergilər Nazirliyi Azərbaycanda yığılan avtomobilləri alır

Vergilər Nazirliyi “Azərmaş” ilə 69 min manat dəyərində müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Peugeot Khazar” və “Khazar SD” markalı minik avtomobilllərinin satın alınması nəzərdə tutulub.

Müqavilənin məbləği 68 min 999 manatdır.

“Azərmaş” Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. “Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. I mərhələdə müəssisənin yaradılmasına 15 mln. dollar sərmayə qoyulub.

Son xəbərlər
Digər xəbərlər