23 C
Baku
Tuesday, April 23, 2024

Vergilər Nazirliyi futbol klubunda yoxlamalar aparır

Çempionatda bərbad mövsüm keçirən “Keşlə”də daxili vəziyyət də ürəkaçan deyil.

Klubun maddi problemləri mövcuddur.

Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib. Lakin problemlər bununla bitmir.

Əldə etdiyimiz digər məlumata görə, Vergilər Nazirliyi də klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, klub rəhbərliyindən xərclənən pulların hesabatları soruşulur.

Bundan başqa, transferlərə gedən pulların da hamısının hesabatları tələb edilir. Hazırda nazirliyin yoxlamaları davam edir.

Qeyd edək ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundovdur. 

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər