Vergilər Nazirliyi Hüquq baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Yeganə Balakişiyeva həvalə olunub.
Banker.az APA-ya istinadən xəbər verir ki, Y. Balakişiyeva eyni zamanda baş idarənin rəis müavinidir.
Qeyd edək ki, bundan öncə baş idarənin rəisi Zeynalabdin Məmmədzadə olub. O bu yaxınlarda Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi təyin olunub.