16 C
Baku
Friday, April 19, 2024

Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərə şirkətlərinin adını bron etmək imkanı yaradıb

Ölkədə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı proseduralarının təkmilləşdirilməsi məqsədi ilə, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Kommersiya hüquqi şəxsin adının bron (rezerv) edilməsi” xidməti istifadəyə verilib.

Vergilər Nazirliyindən verilən məlumata görə, bu xidmət vasitəsilə yerli investisiyalı kommersiya hüquqi şəxsi (MMC) təsis edən vətəndaşlara e-qeydiyyata alınacaq hüquqi şəxs üçün seçdikləri adın vergi orqanında 60 gün müddətində bron (rezerv) etdirmək imkanı yaradılacaq.

Yalnız “Asan imza” sahiblərinə göstərilən bu xidmət vasitəsilə vahid zaman kəsiyində hər bir şəxs tərəfindən yalnız bir ad bron edilə bilər, yəni “gözləmədə” olan bron olunmuş ad təyinatı üzrə istifadə edildikdə və ya bronun qüvvədə olduğu müddət (60 gün) bitdikdə həmin şəxs tərəfindən yeni ad bron edilə bilər. Bron olunma müddəti kommersiya hüquqi şəxsi üçün seçilmiş adın vergi orqanı tərəfindən brona qəbul edildiyi gündən hesablanır.

Bron qüvvədə olan müddətdə bron edilmiş ad “Eyni adlı hüquqi şəxsin olub-olmamasının yoxlanılması” xidmətinə də əlavə ediləcək və onun digər istifadəçilər tərəfindən təkrar seçilməsinə yol verilməyəcək.

Baki Xəbər

Son xəbərlər
Digər xəbərlər