Vergilər Nazirliyi “onlayn kassa” üçün “Cybernet”i cəlb edib

Vergilər Nazirliyi “Cybernet” MMC ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Onlayn kassa informasiya sistemi”nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-ə) inteqrasiya edilməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Şirkət ilə 559 min 84 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, 2004-cü ildə təsis olunan “Cybernet” Azərbaycanda və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları sahəsində xidmətlər və həllər təklif edir.  

 

Son xəbərlər
Digər xəbərlər