Banker.az məlumat verir ki, I Avropa oyunları keçiriləcək arena və onların ətrafinda yerləşən təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması təmin edilmişdir.
Vergilər Nazirliyi Respublikamızda ilk dəfə keçiriləcək I Avropa oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.
Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa oyunları keçiriləcək 18 arena və onların ətrafinda yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılmışdır. Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilmiş, I Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilmişdır.
Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatmışdır ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.