Vergilər Nazirliyi sadələşdirilmiş verginin tətbiqindən tam imtina etməyi planlaşdırmır. Banker.az bildirir ki, bunu Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib.
Onun sözlərinə görə, parlamentin qəbul etdiyi Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulan sadələşdirilmiş vergi ödəyicilərin sayının məhdudlaşdırılması vergitutma bazasının və ya vergi üzrə daxilolmaların artırılması məqsədi daşımr.
“Hazırda sadələşdirilmiş vergini tam ləğv etmək və ya onun digər vergi növü ilə əvəz etmək kimi planlarımız yoxdur. Sadələşdirilmiş vergi ödəyicilərin sayının məhdudlaşdırılmasına gəlinsə isə bu addım şəffaflıq səviyyəsinin artırılmasına ilə şərtlənir. Siyahı qısalandan sonra burada fiziki şəxslərə fərdi xidmətlər göstərən şəxslər, həmçinin birabaşa istehlakçılarla çalışan sahibkarlıq subyektləri yer alacaq. Onlar üçün vergi dərəcəsi 2%-dək azaldılıb, bu da həmin şəxslər tərəfindən vergi öhdəliklərinin icrasını asanladıracaq”, – S.Musayeva bu gün brifinqdə bildirib.
Xəbər verildiyi kimi, Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, sadələşdirilmiş vergi üzrə 2%-lik vahid dərəcənin tətbiq edilməsi nəzərdə tutulur. Daha əvvəl Bakıda sadələşdirilmiş vergi dərəcəsi 4%, digər şəhər və rayonlarda, o cümlədən də Naxçıvan Muxtar Respublikasında 2% təşkil edib.
Dəyişikliklər, həmçinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmayan şəxslərin siyahısının genişləndirilməsini də nəzərdə tutur. Bu siyahıya işçilərinin sayı 5 nəfərdən çox olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin; topdansatış ticarətdə malların təqdim edilməsi ilə məşğul olan şəxslərin; xidmət göstərən şəxslərin (vergi ödəyicisi qismində uçota durmayan vətəndaşlara xidmətlərin göstərilməsi istisna olmaqla); qızıl, qızıldan hazırlanmış məmulatlar, almaz, xəz-dəri məmulatlarının satışı ilə məşğul olan şəxslərin; lisenziyalaşdırılan fəaliyyətlə (bina tikintisi istisna olmaqla) məşğul olan şəxslərin daxil edilməsi təklif edilib.
S.Musayevanın sözlərionə görə, qeyd olunan şəxslər, illik dövriyyələri 200 min manatı ötmədiyi halda ÜDV ödəyicisi qismində uçota durmaya bilərlər.
“Bu kateqoriyadan olan fiziki şəxslər ƏDV ilə gəlir vergisi arasında seçim edə bilərlər. Eyni zamanda, illik dövriyyəsi 200 min manatı ötməyən şəxləsdən gəklir vergisi üzrə güzəştləri nəzərə alaraq, vergi yükünün artırılması əhəmiyyətsiz səviyyədə olacaq”, – S.Musayeva hesab edir.
Qənul olunan dəyişikliklərə əsasən, mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Gəlirin 25% həcmində qalan hissəsinə 20% dərəcə ilə vergi tətbiq olunacaq.