8 C
Baku
Thursday, December 12, 2024

Vergilər Nazirliyi vergi ödəyicilərinə bildiriş göndərib

Banker.azın verdiyi məlumata görə, Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə bildiriş göndərilib. Bildiş aşağıdakı formadadadır.

Elektron qaimə-fakturanın tətbiqi barədə

BİLDİRİŞ

 

Hörmətli vergi ödəyiciləri! 

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-fakturanın verilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Mövcud qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı

 

  • ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2017-ci il 1 aprel tarixdən; 
  • bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən etibarən elektron qaimə-faktura təqdim edilməlidir.

 

Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə müəyyən edilir.

Elektron qaimə-faktura “Onlayn rejimdə” Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edilkdən və elektron imza (o cümlədən Asan İmza) vasitəsi ilə imzalandıqdan sonra alıcıya göndərilir.

 

Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda isə alıcıya təqvim ili ərzində belə hala 

  • birinci dəfə yol verdikdə alınmış malların 10 faizi,
  • ikinci dəfə yol verdikdə 20 faizi,
  • üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

Odur ki, qanunvericiliklə nəzərdə tutulmuş hallarda qeyd edilmiş müddətdən etibarən elektron qaimə-fakturanın tətbiqinə başlanılmalıdır. 
Fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməyiniz tövsiyə olunur.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

 Azərbaycan Respublikası Vergilər Nazirliyi”

Son xəbərlər
Digər xəbərlər