10 C
Baku
Saturday, November 23, 2024

Vergilər Nazirliyinə işə qəbulla bağlı narazılıq nə ilə bağlıdır?

Vergilər Nazirliyinin 30 mart 2019-cu ildə təşkil etdiyi test imtahanda narazılıqlar üzə çıxdı.

Ən çox narazılıq isə, məntiqlə bağlıdır. İmtahanda iştirak etmək üçün 1682 müraciətdən 1544 nəfərin namizədliyi qeydə alınıb. onlardan da 216 iştirak etməyib və 1 nəfərdə imtahandan xaric edilib. Nazirliyin rəsmi rəqəmlərinə görə 108 nəfər (70-dən yuxarı bal toplayan) uğur qazanıb. (1544-216) -1 = 1327 sona kimi iştirakedən şəxsdən. Bu da 8 faiz deməkdir.

Niyə belə az?

Bəzi şəxslər qeyd edillər ki, imtahançətin idi. Hətta əvvəllər daha çox bal yığan şəxslər, bu imtahanda daha az bal toplayıb. Belə hal sonuncu dəfə Fazil Məmmədovun nazir olduğu dövrdə olmuşdur. 28 yanvar 2017-ci il tarixində test mərhəsindən 2889 nəfərdən 2 nəfər uğur qazandı. Bu baxımdan nazir Fazil Məmmmədov ciddi tənqid olunmuşdur. Mətbuatda Vergilər Nazirliyinə işçi lazım deyil, sadəcə protokol baxımından imtahan keçirirlər qeydləri də yer alırdı. O vaxt gözlənilməz bir addım atılmışdır. Yəni imtahana sanlı günlər qalmış, ədəbiyyət siyahısı ciddi şəkildə dəyişilmişdir. Hətta əvvəllər əgər imtahan sualları ilə bağlı məlumat xarakterli Test Bankı jurnalı çıxırdısa, həmin vaxt çıxmadı. Hansı tip suallar düşəcəyini heç kəs bilmirdi.Nəticə də, 70-dən yuxarı bal toplayan 2 nəfər olmuşdur (0.07 faiz). Həmin 2 nəfər işlə də təmin olunmuşdur. Müsahibə mərhələsində onların birinə deyilmişdirki, siz seçilmişlərdənsiniz. 2 nəfər o qədər iştirakçı içindən uğur qazanıbsa, sizə müsahibədə (2 mərhələdə) sual vermək yersizdir. İndiki imtahanda həmin hadisə ilə oxşar mənzərə məntiqlə bağlıdır. Yəni iştirakçıların qeydlərinə görə, məntiq imtahanında sırf ali riyaziyyatla bağlı suallar yer almışdır. Heç kəs də buna hazır deyildi. Ola bilər kimsə ali riyaziyyatı yaxşı bilib və nəticədə 70-dən yuxarı bal toplayıb. Məntiq isə, sırf məntiqi təfəkkürlə bağlı sual olmalı idi. Konkert düstürlarla bağlanan sual qeyd olunmamalı idi. Vergilər Nazirliyi isə, müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu və məntiqlə bağlı suallarda heç bir problem olmayıb. Sadəcə kimlərsə yaxşı hazırlaşmayıb, ona görə bu iddianı qaldırırlar. Vergilər Nazirliyinin imtahanın digər müəmmalı tərəfi ondan ibarətdir ki, burada nə qədər boş vakant yerlə bağlı məsələsi sirr saxlanılır. Halbu ki, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində bu vakant yerlər qeyd olunur, amma nədənsə Azərbaycan Vergilər Nazirliyinin siyahısındavakant yerlər barədə məlumatlar qeyd olunmur. Ola bilər bunun subyektiv səbəbləri var. Çünki, Nazirliyin keçirdiyi imtahan 2 formadadır. Biri müsabiqə vasitəsi ilə, digəri isə birbaşa müsahibə vasitəsi ilə. Bu baxımdan vakant yerlər qeyd olunmayır. Digər səbəblərdə ola bilər. Bunu ən yaxşısı Vergilər Nazirliyi bilər. Mətbuatda açıqlama versə daha yaxşı olar.

Müəllif
Rauf Qarayev
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər