12 C
Baku
Saturday, November 23, 2024

Vergilər Nazirliyinə nağdsız hesablaşmada Yaponiya tövsiyəsi

Nağdsız ödənişlərlə bağlı aparılan siyasətdə problemlər var. Yaponiya təcrübəsindən qidalanmaq olar. 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiyada da 5 faizlik güzəştlər tətbiq olunacaq. Belə ki, alış-veriş mərkəzlərində yerli istehsal edilən mallara, marketlərdən yerli məhsulları nağdsız şəkildə alanlara qiymətlərdə 5 faiz güzəşt tətbiq olunacaq. Bu ölkədə istehsal olunan məhsulların daha çox alınmasına gətirib çıxarır və bununla da ölkədə istehsal olunan məhsullar rəfdə qalmayacaq və tələbat çoxalacaq. Bu güzəştlər bonus şəkildə həyata keçiriləcək. Yəni şəxs müəyyən bonus yığdıqdan sonra, həmin bonus müqabilində yerli mal ala biləcək. Bunu böyük alış-veriş mərkəzlərində və marketlərdə yox, kiçik və orta səviyyəli alış veriş mərkəzlərində və marketlərdə həyata keçiriləcək. Misal üçün: A adlı şəxs B adlı marketə girib 10 manata yerli istehsal olan qarğdalı yağı alır. Bu halda ona 10 *5% = 50 qəpik güzəşt olunur. 1 qəpik – 0.01 bonus. 50 qəpik 0,50 bonusa çevrilir. Nəticədə 0,50 bonusluq yerli mal varsa onu ala bilər. Əgər yoxdursa, bu bonuslar hər dəfə şəxsin bonus kartına yüklənir. Nəticədə əgər şəxsin misal üçün 100 manatlıq, yəni 100 bonus varsa bu halda ona 100 manatlıq yəni 100 bonusluq mal ala bilər. Bonusa aldığı yerli mal üzrə ona güzəşt olunmur. Digər təkliflər də var. Vergilər Nazirliyi 5 faiz güzəşti yerli istehsalçıya edir, o da vətəndaşa edir. Vergilər Nazirliyinə maraqlıdırsa əməkdaşlıq, buyursun. Onlar da, mənim haqqımda kifayət qədər məlumat var.

İqtisadçı – ekspert Rauf Qarayev 

Son xəbərlər
Digər xəbərlər