8 C
Baku
Thursday, December 12, 2024

“Vergilər Nazirliyində işləyəndə otağının adı ‘dinmə, ver’ olub”

Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası başlayıb.

Banker.az Report-a istinadən xəbər verir ki, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında, Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin iştirakı ilə keçirilir.

İclası Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov açıq elan edib. O, ilk növbədə V.Abdullayevin vergilər nazirinin keçmiş müşaviri Habil Məmmədovu özünə müşavir təyin etməsi barədə danışıb və bu təyinatdan narazı olduğunu ifadə edib: “Məndə olan məlumata görə, hazırda onun işi problemli kreditlərin geri qaytarılmasıdır. Vergilər Nazirliyində işləyəndə o adamın otağının adı “dinmə, ver” olub. Bu adama burada necə vəzifə verilib?”

Daha sonra Əkrəm Həsənov ləğvedicinin bəzi qaydaları pozduğunu deyib: “Mən deyirəm ki, müflis olmuş bankın ləğvedilməsinə görə əmək haqqı ödənilə bilməz, amma Fond bunu edir”.

Daha sonra kreditorlar qarşısında çıxış edən V.Abdullayev H.Məmmədovla bağlı deyilənlərə münasibət bildirməyib, sadəcə deyib ki, “Bank Standard” qarşısında borc öhdəliyi olanlar indiyə qədər 90 mln. manat ödəniş ediblər. Bundan başqa, 60 mln. manatlıq əmlak Bankın balansına keçirilib.

İclas davam edir.

Son xəbərlər
Digər xəbərlər