10 C
Baku
Thursday, December 12, 2024

Vergilər Nazirliyindən “Bank Standard”la bağlı açıqlama

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin vergi borcu yoxdur. Bunu Agentliyin sorğusuna cavab olaraq Vergilər Nazirliyindən deyiblər.

Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərinə gəlincə isə adı çəkilən qurum bu məlumatın bank sirri olduğunu əsas gətirərək açıqlamayıb.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nəzarəti altında bankın məcburi ləğvetmə prosesi gedir.

Report

Son xəbərlər
Digər xəbərlər