Vergilər Nazirliyin hazırda əmək müqaviləsi ilə bağlı apardığı siyasət alqışa layiqdir. Yəni 8000 manatadək vergidən azad olunma, bu o deməkdir işçi bütünlüklə vergidən azad olunur. Əmək müqaviləsinin bağlanmaması halları da kommersiya təşkilatlarında baş verdiyi üçün, 8000 manat güzəşt müsbət haldır. Amma məcburi sosial sığorta haqqının ödənişində 10+15 faiz prinsipinin bölüşdürməsində, qırağdan baxanda bunu müsbət hal kimi qəbul etmək olar. Yəni işəgötürənin 22 faiz yükü 15 endirilib. 7 faizlik yük isə, işçinin 3 faiz sığorta yükünün üstünə qoyulub. Amma bir qeyd var. Sığorta yükünün paylanması əmək müqaviləsinin bağlanmasına nə qədər müsbət təsir göstərəcək? İşəgötürən maraqlı olacaq ki, əmək müqaviləsi bağlansın? Əlbətdə yox, səbəb ondadır ki, digər vergi yükləri də artıb. Bunu kompensasiya etmək üçün, işəgötürən məcburdu ümumiyyətlə işçi ilə müqavilə bağlamasın. (xidməti, əmək müqaviləsi).
Çünki xidməti müqavilənin də şərtləri ağırlaşdırılıb. Misal üçün əgər sadələşmiş vergi ödəyicisi əvvəl Bakıda 4 faiz, regionda 2 faiz vergi ödəyirdirsə, indiki halda yalnız mikrosahibkar, ictimai – iaşə obyekt olduğu halda bunu edə bilər. Üstəlik mikrosahibkar xərclərinin çıxılması üçün güzəşt əldə etmək istəyirsə, gəlir vergisinin ödəyicisi olmalıdır. Bu halda o ümumi gəlirdən 5 faiz vəsait ödəyəcək. Yəni 2 faizdən 5 faizə keçid alır. Əvvəllər isə bu məbləğ maksimum 4 faiz, regionlarda 2 faiz idi. Bunları qarşılamaq üçün isə, digər variantlara əl atacaq. Hansı ki, ənənə halını alıb 5 işə bir adam cəlb edib və bütün yükü onun üzərinə qoymaq. Bu isə əməyin istismarı deməkdir. Marketlərdə, 10 nəfər işçinin yalnız 3 qeydiyyatdadır. Vergi yoxlaması gəldikdə və yoxlama getdiyi zaman 7 nəfər işə gəlmir. Yalnız gözdə görünən 3 nəfər olur. Yoxlama isə bunların qarşısın ala bilmir. Səbəb ondadır ki, marketində daimi müştərilərin sayı azalır. 3 nəfər asanlıqla bu marketi idarə edə bilir. Əgər alıcı sayı azdısa deməli, gəlir də azdır. Alıcı sayı azdırsa işçi qüvvəsi də, az tələb olunur. Amma əmək müqaviləsi ilə bağlı, məcburi sosial sığorta haqqlarında işçiyə güzəşt olunmalı idi. Çünki vətəndaşın indiki halda 23040 manatı 25 ilə yığmaq üçün, ayda ümumilikdə Pensiya Fonduna 76 mana 80 qəpik vəsait köçürməlidir. Bunun üçün 308 manat əmək haqqı almalıdır. Bu isə sərf etmir. Çünki sığorta olunanın 308 manat məbləğindən (307 manat olduqda 5 qəpik əskik olur) – 77,00 = 231 manat əmək haqqısı qalacaq. Bundan da 0.5 faiz işsizlik sığortasına çıxılsa 1.54 manat nəticədə məcburi ödənişlər çıxıldıqdan sonra 229 manat 46 qəpik vəsait edir. Növbəti ildə isə, 2 faiz məcburi tibbi sığorta haqqı var.
Əmək Pensiyası qanununa nəzər yetirsək burada məbləğlər 2 hissəyə yəni yığım və sığorta hissəsinə bölünsə də, pensiya kapitalının formalaşmasında yığım hissə əsas rol oynayır. Pensiya haqqında qanun 18.5 maddəsinə nəzər yetirək orada qeyd olunur ki, “Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür”. Göründüyü kimi, yığım hissədə qeyd olunub. Yəni sığorta hissədən vətəndaşın pensiya məbləği varislər arasında bölünmür.
Ümid edirəm ki, Vergilər Nazirliyi bunlara diqqət edəcək. Nəticədə bu problemlər aradan qalxacaq.
İqtisadçı – ekspert Rauf Qarayev
*Məqalədəki qeydlər ekspertin müstəqil fikridir.