21 C
Baku
Thursday, April 25, 2024

Vergilər Nazirliyinin 195/1 çağrı mərkəzinin müsbətə bərabər, mənfi cəhəti

Bu gün saat 15:00-15:16 kimi (012)195/1 xidməti ilə əlaqə saxlamaq, mənə mümkün olmadı. Səbəb bilmirəm nədir. Ola bilər xətlər həddən artıq yüklənib. Amma TV-də açıqlamalara görə, vergi ödəyicisi 10 saniyədən artıq telefonda gözləyirsə, dərhal həmin adama dönürük məsələsi, yalnız mifdir. Yəni 16 dəqiqə ərzində 4 dəfə zəng etdim amma zəngə cavab verməkdən əlavə, mənə yenidən dönüb əlaqə saxlayan olmadı.

Vergilər Nazirliyinin (99412) 403-89-70 telefonunda polifonik musiqi səslənir. Mənim təsəvvürümə görə, bu nömrələrin mahiyyəti, yalnız pullu musiqi xidmətidir. Yəni pullu dəqiqələrin gedir, təsadüfən sənə cavab versələr lotoreyan düşdü deməkdir. Əks halda sənə qalan, yalnız musiqi dəqiqələridir. Qeyd edim ki, çox gözəl musiqi seçimləri var. Cazz, lirika və sair musiqi janrlarına gözləməklə qulaq asmaq olar. Çağrış mərkəzinin belə musiqilər səsləndirməyi alqışa layiqdir. Görünür orada həm də, vergi ödəyicilərinin musiqi rəyidə nəzərə alınır. Gərək bundan sonra, əsəbi olduqda və gözəl musiqi dinləmək istədikdə 195/1 xidməti ilə əlaqə saxlayım. Onsuzda telefonu qaldırmaq lotoreyada cek pot udmaq kimidir. Çek potu apara bilməsəm də, ən azından qulağım gözəl, heç bir yerdə eşitmədiyim musiqiləri eşidəcək. Ruhum da bunla dincələcək. Vergilər Nazirliyinin 195/1 çağrı mərkəzinin müsbətə bərabər, mənfi cəhəti də elə budur. Yəni sənə cavab verilmir. Amma sən oradan xoş musiqi təəsüratı ilə ayrılırsan. 

Rauf Qarayev
İqtisadçı-ekspert

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər