20 C
Baku
Saturday, October 12, 2024

Vergilər Nazirliyinin binasının qabağında şəlalə tikiləcək – 50 min manata

Vergilər Nazirliyi yanında  Milli Gəlirlər Departamenti ilə “Bakı Abadlıq Xidməti” MMC arasında müqavilə imzalanıb.

Banker.az xəbər verir ki, müqavilədə İnzibati binasının qarşısında olan şəlalə sisteminin texniki təminatı və parkın abadlaşdırılması xidməti nəzərdə tutulub.

Müqavilənin məbləği 49 912 manatdır.

Bildirək ki, Bakı Abadlıq Xidməti (Baku Maintenance Service) 2008-ci ildən yaşıllaşdırma, abadlaşdırma, əraziyə qulluq, fasadların təmiri və parkların tikintisi xidmətlərini təqdim edir. 

Son xəbərlər
Digər xəbərlər