7 C
Baku
Thursday, December 12, 2024

Vergilər Nazirliyinin kollegiyasının tərkibi dəyişdi: sayı 12-dən 7-yə endirildi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün, “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” dəyişikliklə bağlı sərəncam imzalayıb.

Banker.az-ın məlumatına görə, kollegiyanın üzvləri sayı 11-dən 6-ya endirilib.

Sərəncamda deyilir,

“1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

  • Azərbaycan Respublikasının vergilər naziri

Kollegiyanın üzvləri

  • Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
  • Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
  • Naxçıvan Muxtar Respublikasının vergilər naziri
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamına əsasəm kollegiya üzvlərin sayı 11 nəfər idi.

Hazırda Nazirliyin Rəhbərliyi aşağıdakı kimidir:

Vergilər Nazirliyinin rəhbərliyi

  • Vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarov
  • Nazirin birinci müavini Sahir Polad oğlu Məmmədxanov
  • Nazirin müavini Sahib Nurəddin oğlu Ələkbərov
  • Nazirin müavini İlkin Etibar oğlu Vəliyev
  • Nazirin müavini Mətin Balasən oğlu Eynullayev
  • Naxçıvan MR vergilər naziri Nağıyev Azər İslam oğlu
Son xəbərlər
Digər xəbərlər