11 C
Baku
Monday, November 25, 2024

Vergilər Nazirliyinin ötən il büdcəyə ödədiyi vəsaitin həcmi açıqlandı

Daxilolmaların ümumi məbləğinin 35,6%-i mənfəət vergisinin payına düşür.

2013-cü ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 663 633,4 min manat vəsait daxil olmuşdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2013-cü ilin yığılmış vergiləri haqqında öz rəsmi saytında məlumat yerləşdirib.

Büdcəyə daxil olan vergilərin siyahısı bunlardan ibarətdir:

ƏDV üzrə – 1 723 917,5 min manat, aksizlər üzrə – 511 976,6 min manat, mənfəət vergisi üzrə – 2 374 791,6 min manat, torpaq vergisi üzrə – 33 113,2 min manat, əmlak vergisi üzrə – 125 147,6 min manat, fiziki şəxslərin vergisi üzrə – 859 656,6 min manat, dövlət rüsumu üzrə – 123 229,5 min manat, yol vergisi üzrə – 24 383,5 min manat, sadələşdirilmiş vergi üzrə – 119 526,3 min manat, sair daxilolmalar isə – 646 410,8 min manat təşkil edib.

Daxilolmaların ümumi məbləğinin 35,6%-i mənfəət vergisinin, 25,9%-i əlavə dəyər vergisinin, 12,9%-i fiziki şəxslərin gəlir vergisinin, 7,7%-i aksizlərin, 17,9%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 761 560,0 min manat vəsait daxil olub. Bu isə əvvəlki ildəkindən 474 912,2 min manat və ya 14,4% çox olub.

Ötən ilin yanvar-dekabr aylarında respublika üzrə 72 984 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 791 (və ya 42,2%) vergi ödəyicisi qeydiyyata alınmışdır.

1 yanvar 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 537 828 olub, 2013-cü il ərzində onların sayı 11,6% artıb.

2013-cü ilin yanvar-dekabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3% təşkil edib.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər