Vergilər Nazirliyinin “Vergilər” qəzeti çap şəkilində “oxucuları ilə yolayrıcında” olduöunu açıqlayıb. Qəzet bildirir ki, artıq gələn il, yəni, gələn aydan yalnız onlayn formada oxucularına məlumat verə biləcəkdir.
Banker.az-a bu barədə Qəzetdən məlumat daxil olub.
“Əziz oxucular!
Bu, «Vergilər» qəzetinin çap variantının sizinlə yolayrıcında görüşüdür. Lakin heç də yolun və sözün sonu deyil. Sizinlə yol yoldaşlığımız, ünsiyyətimiz bundan sonra da davam edəcək. Çünki bu ünsiyyətin başlıca missiyası biznes adamının biznes maraqlarına, vergi orqanı işçilərinin peşəkar fəaliyyətinə, adi oxucunun informasiya almaq istəklərinə, ümumiyyətlə, daim dəyişməkdə olan, dinamik həyat yaşayan cəmiyyətimizin mənafeyinə xidmət etməkdir. İndi biz yeni bir yolun başlanğıcındayıq: 2019-cu ildə «vergilər.az» oxucuların görüşünə onlayn qəzet formasında gələcək…
<…………..>
«Vergilər» qəzetinin çap variantının dizaynı da yəqin ki, mətbuat tariximizin yaddaşında fərqli bir hadisə kimi qalacaq. Biz indi yolayrıcındayıq. Qəzetimizin çap variantında sizinlə vidalaşırıq. Ancaq biz sizdən ayrılmırıq. İlin əvvəlindən görüşünüzə «vergilər.az» onlayn qəzeti ilə gələcəyik. Qarşıda bizi daha operativ, daha hərəkətli ünsiyyət gözləyir…” – deyə açıqlama verib.