10 C
Baku
Wednesday, December 11, 2024

Vergilərdə “Onlayn növbə” xidməti yaradılır

Gələcəkdə Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində ödəniş terminallarının quraşdırılması nəzərdə tutulur.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, bununla bağlı müvafiq təşkilatlarla danışıqlar aparılır. Hazırda isə vergi ödəyiciləri hesabatlarını xidmət mərkəzlərində təqdim edə bilir, burada göstərdikləri vergiləri isə banklar vasitəsilə ödəyirlər.

Digər yenilik isə “onlayn növbə” xidmətinin istifadəyə verilməsi olacaq. Artıq bu xidmətin layihəsi hazırlanıb və aidiyyəti şirkətlərlə danışıqlar aparılır.

Nazirliyinwww.taxes.gov.az internet səhifəsində “onlayn növbə” xidməti yer alacaq.

Vergi ödəyiciləri mərkəzə gəlməzdən əvvəl onlayn növbəyə dura biləcəklər. Burada isə onlara verilən müvafiq kodu terminala daxil etməklə müraciət etdikləri xidmətlə bağlı təmsilçinin masasına yaxınlaşacaqlar.

Son xəbərlər
Digər xəbərlər