Hər il keçirilən “Vergiqoyma 2020” (Paying Taxes 2020) tədqiqatında Azərbaycan 40-cı yer alıb.
Qeyd edək ki, bu reytinq “PwC” şirkəti tərəfindən Dünya Bankının mütəxəssisləri ilə birlikdə tərtib olunur. Tədqiqat zamanı 190 ölkənin vergilərin ödənilməsinin asanlığı qiymətləndirilir.
Mütəxəssislər ölkələrə bu reytinq üzrə yüksəlmək üçün aşağıdakıları məsləhət görüblər:
-Elektron sənəd dövriyyəsinin genişlənməsi.
-Vergi hesabatlarının formalarının sadələşdirilməsi.
-Bəyannamələrin ilkin doldurulmasının avtomatlaşdırılması.
-Əməliyyatlar barədə hesabatları real vaxt rejimində vermək.
Digər ölkələr
Türkiyə 80-cı yerdən 20-ci yerə yüksəlib. Bu, kapital qoyuluşlarına ƏDV-nin ləğvi ilə əlaqədar olub.
Macarıstan 86-cı yerdən 56-cı yerə yüksəlib, çünki gəlir vergisi üzrə hesabat düzəlişlərinin yoxlanılması müddətini azaldıb.
Portuqaliya, Polşa, Litva hesabatı real vaxt rejimində təqdim ediblər.
Qazaxıstan ƏDV-nin tətbiq edilməsi üçün blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı pilot layihəyə start verib. Böyük Britaniya da bu imkanı nəzərdən keçirir.