25 C
Baku
Saturday, April 20, 2024

Verginin “gələcəyi”

Vergi ödəmənin gələcək inkişafı iki cəhətdən ibarətdir; bir tərəfdən büdcəyə daxil olan vəsaitləri artırmalı, digər tərəfdən isə vergi ödəyicilərinin əsəblərini gərməmək lazımdır. Yaxın gələcəkdə dünya dövlətləri qarşısında bu çətin balansın qorunması tapşırığı var.

Vergilərin artırılması geniş əhali kütləsinin etirazına səbəb olduğu kimi, azsaylı elit təbəqədə də narazılıq hallarının yaranmasına səbəb ola bilər.

Son illər müxtəlif – həm inkişaf etmiş, həm də inkişaf etmək də olan ölkə rəhbərləri ekoloji vergilərin tətbiq edilməsini planlaşdırır. Bu vergilər zərərli tullantılar, kimyəvi maddələr, qlobal istiləşməyə səbəb olan amillər, təbiət resurslarından istifadə və s.ə aid olması nəzərdə tutulur. Sözügedən bu vergilər ekoloji effekt yaratmaqla yanaşı, bu nailiyyət vergi gəlirlərinin azalmasına gətirib çıxarır.

Vergi tutulmasının inkişafına dair ən yaxşı nümunəni Avropa İttifaqında görmək mümkündür. Vergi sisteminin sadələşdirilməsi və vergi yığılmasının effektivliyini artırmaq üçün Aİ ümummilli konsolidasiya edilmiş vergi bazası yaradır. Bəzi üzv dövlətlərin müxalif yanaşmaları səbəbindən sistem çox güman ki, bütün Avropada tətbiq edilə bilməyəcək.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər