10 C
Baku
Tuesday, November 26, 2024

Vergiödəyiciləri vergi hesabatını necə təqdim etməlidirlər?

Vergi Məcəlləsinə 2022-ci il yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, vergi hesabatını verməyə borclu olan vergiödəyiciləri hesabatı bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vergi hesabatları vergiödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.

Qeyd olunub ki, vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını vergiödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır.

Son xəbərlər
Digər xəbərlər