10 C
Baku
Thursday, December 12, 2024

Verizon şirkəti Yahoo-nu alması ilə bağlı müqaviləni imzaladı

Banker.az saytının verdiyi xəbərə görə, Verizon Communications Yahoo şirkətini alması ilə bağlı müqaviləni imzalayıb. Yahoo şirkətinin direktorlar şurasının 7 üzvü, həmçinin icraçı direktor Marissa Mayer və şirkətin yaradıcısı Devid Filo istefa verib.

Müqavilənin dəyəri 4,47 milyard dollar təşkil edir. 16 iyun tarixindən şirkətin adı Altaba Inc. olaraq dəyişdiriləcək. Təxminlərə görə brendin adı deyil, yalnızca şirkətin adı dəyişdiriləcək.

Müqavilənin şərtlərinə görə, Yahoo şirkəti Alibaba Group-da olan 15%, Yahoo Japan-da isə 36% səhmini “təslim edərək” gedir. Bu səhmlərin ümumi kapitalizasiyası təqribən 40 milyard dollardır.

Qeyd edək ki, Verizon Yahoo şirkətini alması barədə xəbəri hələ 2016-cı ilin iyul ayında elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər