6 C
Baku
Friday, January 10, 2025

“Verizon” və “Frontier Communications” 20 mlrd. dollarlıq müqavilə imzalayıb

Amerikanın telekommunikasiya korporasiyası “Verizon” 20 milyard dollara “Frontier Communications” şirkətini satın almağa razılaşdığını açıqlayıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. “Verizon” hər “Frontier” səhmi üçün 38.50 dollar pul ödəməyə hazırdır ki, bu da “Frontier”in sentyabrın 3-də səhm başına 37.3% bonus deməkdir.

“Verizon” – gəlirlərinə görə dünyanın ikinci ən böyük telekommunikasiya şirkətidir, ABŞ-də isə ən böyük simsiz operatordur. “Frontier” – ABŞ-də ən böyük fiber-optik genişzolaqlı internet provayderidir. Qeyd olunur ki, şirkətlərin fəaliyyət göstərdiyi bazarlar praktiki olaraq kəsişmir.

“Verizon” səhmləri müqavilə elan edildikdən sonra Nyu-York Fond Birjasında 1% bahalaşıb, sonra təxminən 2% itirib. “Frontier” səhmləri isə 9%-dən çox aşağı düşüb.

Son xəbərlər
Digər xəbərlər