20 C
Baku
Thursday, October 17, 2024

Verql şəhərinin sərbəst pulları

Böyük depressiya dövründə Avstriyanın Verql şəhərinin burqomistrı az da olsa inflyasiya, işsizlik və vəsait çatışmamazlığı ilə mübarizə aparmaq məqsədilə iqtisadi eksperiment həyata keçirməyə qərar verir. Bu o dövrün məşhur iqtisadçısı Silvio Gesell-in “Təbii iqtisadi nizamlanma” kitabında təsvir edilib.

Michael Unterguggenberger dövriyyəyə dəyərdən düşməyən “yerli valyuta” buraxmaq qərarına gəlir. 31 iyul 1932-ci ildə şəhər rəhbərliyi 5000 “şərbəst şillinq” (daha doğrusu faizsiz şillinq) buraxır. Bu pullar Avstriya bankında olan pullarla eyni dəyərə malik idi.

Bu pullarla əmək haqqları ödənir, ticarətçilər və sahibkarlar isə ödəniş vasitəsi kimi qəbul edirdilər. Bu pullardan istifadəyə görə ödəniş aylıq olaraq 1% təşkil edirdi. Banknota sahib olanlar ayən sonunda vergini ödəməli idilər. Ödəniş pul nişanlarının dəyərinin 1%-i şəklində olan nişanlarla tutulurdu. Bu nişanlar isə banknotun digər üzünə yapışdırılırdı. Bu nişan olmadan banknotun gerçək hesab olunmurdu. Vergi tutulmasının bu növü ona gətirib çıxarır ki, sərbəst şillinqə sahib olan hər bir şəxs onu mümkün qədər tez xərcləməyə çalışırdı. Vergl sakinləri pullardan istifadəyə görə təyin edilmiş ödənişlərdən yayınmaq üçün vergini belə vaxtından əvvəl ödəyirdilər.

Bu zaman 1 il ərzində 5000 şillinq 463 dəfə dövriyyədə iştirak edir, 2 3 00 000 şillinq (5000 х 463) dəyərində məhsul və xidmət istehsal edilir. Adi şillinq isə bu dövr ərzində dövriyyədə cəmi 213 dəfə iştirak edir.

Verql şəhərində iqtisadi artıma təsir edən digər amillər ola bilərdi. Lakin bununla heç bir araşdırma aparılmayıb.

Son xəbərlər
Digər xəbərlər