15 C
Baku
Friday, March 29, 2024

“Versace” $2 milyarda satıldı

Alqı-satqı haqqında müqavilə artıq sentyabrın 25-i imzalana bilər

İtaliyanın “Versace” modalar evi 2 milyard dollara ABŞ-ın “Michael Kors” şirkətinə satılacaq. Bu barədə Sputnik Azərbaycan “BBC”-yə istinadən xəbər verir.

“Financial Times” nəşri öz mənbələrinə istinadən xəbər verir ki, alqı-satqı haqqında müqavilə artıq sentyabrın 25-i imzalana bilər.

“Michael Kors” və “Versace” şirkətləri məlumatı şərh etməkdə imtina edirlər.

Daha əvvəl yayılan məlumatda “Michael Kors”-un “Jimmy Choo” brendinə 1,2 milyard dollar ödəyəcəyi bildirilirdi.

Son xəbərlər
Digər xəbərlər