“Coach”, “Kate Spade” və “Stuart Weitzman” brendlərinin sahibi olan “Tapestry” şirkəti 8,5 milyard dollara “Capri Holdings” şirkətini satın alıb.
Sövdələşmə nəticəsində “Capri Holdings” brendləri – “Michael Kors”, “Jimmy Choo” və “Versace”nin yeni sahibi “Tapestry” olub.
Xatırladaq ki, “Tapestry” 2017-ci ildə çanta istehsalçısı “Keyt Spade”i 2,4 milyard dollara satin almışdı.