8 C
Baku
Tuesday, March 19, 2024

Vertu yeni smartfonunu təqdim edib – Qiyməti 5-14 min dollar

Bahalı telefon və smartfonların istehsalçısı olan “Vertu” uzunsürən fasilədən sonra yeni smartfonunu təqdim edib.

Banker.az bildirir ki, smartfon öz texniki xüsusiyyətlərinə görə orta səviyyə kateqoriyasına aiddir. Buna baxmayaraq, sözügedən smartfon arxa paneldə titan çərçivə və dəri daxil olmaqla bahalı materiallarla işlənib. Ənənəvi olaraq aparat Böyük Britaniyada əllə yığılıb. “Vertu Aster P” smartfonunu Çinin “JD.com” internet mağazasından ilkin sifariş etmək mümkündür. İşləmədən asılı olaraq qiyməti 5-14 min dollar arasında dəyişir.Vertu Aster P gull-wings SIM slot“Vertu Aster P” aparatı “Qualcomm Snapdragon 660” prosessoru, 6 QB-lıq əməli yaddaş, 128 QB-lıq daxili fləş yaddaş, “Full HD” (1920×1080 piksel) təsvir ölçülü 4,9 düymlük “AMOLED” displey, 12 meqapiksellik əsas və 20 meqapiksellik ön kameralar, 3200 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. İkizolaqlı “Wi-Fi”, “Bluetooth 5.0”, “NFC” və iki “SİM” kart dəstəklənir.

Texnologiya xəbərlərimizi Facebook-da izlə

Son xəbərlər
Digər xəbərlər