ngiltərənin “Vest Bromviç” klubu sahibini dəyişə bilər.
ABŞ-dan olan adı açıqlanmayan konsorsium Premyer Liqanın autsayderlərindən birini almağa qərar verib.
Artıq tərəflər arasında danışıqlara da start verilib. Klubun indiki sahibi Lay Qoçuan alqı-satqıdan 150 milyon funt sterlinq qazanmağı planlaşdırılıb. Bu məbləği şişirdilmiş hesab edən amerikalılar qiyməti aşağı salmağa çalışır.
Qeyd edək ki, 9 turdan sonra “Vest Bromviç” 19-cu pillədə qərarlaşıb.