1 C
Baku
Wednesday, February 8, 2023

“Veysəloğlu” şirkəti “Boom Group AZ” ilə məhkəmə çəkişməsindədir

“Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti “Boom Group AZ” MMC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sair öhdəliklər üzrə mübahisələrdir.

İddia hakim Nərmin Əhmədova sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Boom Group AZ” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Afiyəddin Məmmədovdur.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupunun təməli “Veysəloğlu Distribusiya” şirkəti ilə 1994-cü ildə qoyulub. Hazırda pərakəndə, logistika, distribusiya və istehsalat kimi istiqamətləri birləşdirir.

“Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi”, “Veysəloğlu Distribusiya” şirkəti, “Ulduz” Şokolad Fabriki, “Xonça” Fabriki, “Veysəloğlu Georgia” distribusiya şirkəti və alman məhsullarını alıcılara təqdim edən “Veysəloğlu-Rossmann” şirkətləri bu qrupa daxildir.

Son xəbərlər
Digər xəbərlər
X