16 C
Baku
Thursday, April 18, 2024

Veysəloğlu Şirkətlər Qrupu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir

®Müsabiqə Deloitte şirkətinin təşkilatçılığı ilə həyata keçirilmişdir.

Veysəloğlu Şirkətlər Qrupu 2-ci dəfə nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindən biri oldu. Best Managed Companies müsabiqəsinin məqsədi yüksək biznes fəaliyyəti ilə fərqlənən şirkətləri cəmiyyətə tanıtmaqdır.

Müsabiqə çərçivəsində şirkətlərin idarəedilməsi dörd meyar əsasında dəyərləndirilib. Burada söhbət strategiya, insan kapitalının inkişafı (aktivlər və innovasiya), öhdəlik (insan kapitalının cəlb edilməsi və liderlik) və maliyyə göstəricilərindən (biznes göstəriciləri və idarəetmə) gedir. Bu meyarlar dünyanın ən böyük konsaltinq və audit şirkətlərindən biri olan Deloitte-in bu müsabiqəni beynəlxalq müstəvidə keçirərək topladığı təcrübə əsasında müəyyənləşdirilib.

Proqram zamanı müsabiqədə iştirak edən şirkətlər beynəlxalq standartlar çərçivəsində və biznes aləmində nüfuzlu müstəqil münsif heyəti tərəfindən qiymətləndiriliblər. Münsiflər eyni zamanda şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyasını və dayanıqlı inkişafı, həmçinin bu istiqamətdə nümayiş etdirdiyi səyləri dəyərləndirmişlər.

Azərbaycanda Best Managed Companies müsabiqəsi PAŞA Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, British Business Group və İctimai Televiziyanın tərəfdaşlığı ilə təşkil olunmuşdur.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupunda əməkdaşların fərdi və peşəkar inkişafı üçün geniş imkanlar yaradılıb. Veysəloğlu Şirkətlər Qrupu ölkə iqtisadiyyatına yatırım etməklə davamlı inkişafı dəstəkləmək üçün çalışır.

image010

sas Foto

Son xəbərlər
Digər xəbərlər