33 C
Baku
Wednesday, July 17, 2024

“Veysəloğlu Şirkətlər Qrupu” işçilərinin sayını açıqlayıb

“Veysəloğlu Şirkətlər Qrupu”nun işçilərinin sayı artıb.

Banker.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarının sayı 20 500 nəfərə çatıb.

Noyabr ayına Veysəloğlu Şirkətlər Qrupu 19 000-dən çox əməkdaşı əhatə edirdi.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun təməli “Veysəloğlu Distribusiya” şirkəti ilə 1994-cü ildə qoyulub. Hazırda pərakəndə, logistika, distribusiya və istehsalat kimi istiqamətləri birləşdirir.

“Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi”, “Veysəloğlu Distribusiya” şirkəti, “Ulduz” Şokolad Fabriki, “Xonça” Fabriki, “Veysəloğlu Georgia” distribusiya şirkəti və alman məhsullarını alıcılara təqdim edən “Veysəloğlu-Rossmann” şirkətləri bu qrupa daxildir.

Son xəbərlər
Digər xəbərlər