Veysəloğlu Şirkətlər Qrupuna daxil olan yeni şirkət təsis edilib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, bu, “Veysəloğlu Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Veysəloğlu Əmlak” MMC 2025-ci ilin fevralında Bakı şəhəri Binəqədi rayonu, 3-cü Mədən (Binəqədi Qəs.), ev 1K-da qeydiyyata alınıb. Şirkətin 100 manat nizamnamə kapitalı var və direktoru İsa Alıyev Məhəmməd oğludur.
Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətinə 2010-cu ildə başlayan İsa Alıyev hazırda həm də “Veysəloğlu Qrup” MMC-nin Daşınmaz Əmlak Direktoru vəzifəsini icra edir.
İsa Alıyev indiyə qədər “Araz” Supermarketlər Şəbəkəsində Mağaza Müdiri kimi fəaliyyət göstərərək, 2011-2013-cü il tarixlərində Bölgə Müdiri, 2013-2014-cü illərdə Daşınmaz Əmlak Şöbə Müdiri, 2014-cü ildə Daşınmaz Əmlak Departament Müdiri və Satış Format Müdiri kimi, 2016-2020-ci illərdə “OBA Market” MMC-də Daşınmaz Əmlak Departament Müdiri kimi çalışmış, son olararaq “Araz” Supermarketlər Şəbəkəsində Daşınmaz Əmlak Departament Müdiri kimi fəaliyyət göstərib.