9 C
Baku
Sunday, November 17, 2024

“Veysəloğlu” barəsində düyü bazarındakı fəaliyyətinə görə araşdırılmaya başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Veysəloğlu” MMC və bir neçə şirkət barəsində iş qaldırılıb.

Bu barədə Banker.az Dövlət Xidmətinin bu gün açıqladığı siyahıdakı qeydə istinad edir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin öz təşəbbüsü ilə verilən ərizədə düyü bazarı üzrə fəliyyətləri yoxlanılan “SUN FOOD” MMC, “Xudafərin-1” MMC, “Qida XXI” MMC, “Elsaan Group” MMC, “VEYSƏLOĞLU” MMC və “Babək” firması barəsində iş qaldırılıb.

Qeyd edilir ki, bu şirkətlər “Antiinhisar fəaliyyəti haqqında”  Azərbaycan Respublikası Qanununun  8-cı maddəsinin 4-cü və 7-ci  bəndlərinin və 10-cu maddəsinin 1-ci  və 2-ci bəndinin tələblərin pozulması əlamətlər aşkar edilib.

ANTİİNHİSAR FƏALİYYƏTİ HAQQINDA QANUN NƏ DEYİR?

Maddə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı

(Yalnız yuxarıda qeyd edilmiş bəndlər qeyd edilib)

Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir:

4)     bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması);

7)     digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi;

Maddə 10. Bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq

(Yalnız yuxarıda qeyd edilmiş bəndlər qeyd edilib)

İcra hakimiyyəti və idarəetmə orqanları arasında, təsərrüfat subyektlərinin öz aralarında, yaxud icra hakimiyyəti, idarəetmə orqanları və təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri-qanuni üfqi və şaquli sazişlərə aşağıdakılar aiddir:

1) kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və (və ya) yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə bazarın ərazi prinsipinə, alğı satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi, malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi, qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi, yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsi;

2)    bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər;

Son xəbərlər
Digər xəbərlər