13 C
Baku
Friday, November 22, 2024

“Veysəloğlu” gömrük qaydalarını pozub, protokol tərtib edildi

“Veysəloğlu” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Nizami rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Nigar Qədirlidi.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun əsası 29 il əvvəl qoyulub. Şirkətlər qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər